"BAYRAĞIMIZ" | Mənalı gözəl bayraq şeiri

 

Ay-ulduzlu, gur şəfəqli,
Göz oxşayan, bər-bəzəkli,
Göy, qırmızı, yaşıl rəngli,
Dalğalanan bayrağımız.

 

Sən millətin qürurusan,
Odun şöhrət, sünbülün şan,
Yenilməzdir Azərbaycan,
Ucal hər an, bayrağımız!

 

Tanrı bizi darda qoymaz.
Gözəlliyə fələk qıymaz.
Səndən heç vaxt könül doymaz,
Məğrur dayan, bayrağımız!

 

Öz yerin var yer üzündə,
Bir bəzəksən el gözündə,
Şuşada, Cıdır düzündə,
Qalx, dalğalan, bayrağımız!

«BAYRAĞIMIZ» ŞEİRİ
Müəllif: Mahmud Əhməd

"BAYRAĞIMIZ" | Mənalı gözəl bayraq şeiri bayraga aid seir



 

0 şərh